İran prezidenti İbrahim Rəisi bildirib ki, Tehran İsraillə münaqişənin hazırkı mərhələsində Fələstinin HƏMAS hərəkatının hərəkətlərini tam dəstəkləyir.
HİT.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Onun fikrincə, “Fələstin döyüşçülərinin işğal olunmuş ərazilərdəki şanlı əməliyyatı Fələstin xalqının və bütün İslam ümmətinin 70 illik arzusunun təcəssümüdür”.
İran prezidenti vurğulayıb ki, fələstinlilər üçün “parlaq və təsir edici qələbələr” var. O, inanır ki, bütün müsəlman xalqlar tezliklə Məscidül-Əqsada namaz qıla biləcəklər.
Samir