Amerikalı general ABŞ-Rusiya müharibəsi riskini dəyərləndirdi

DÜNYA
20:07 / 09.10.2023
588

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri, general Mark Milli Rusiyanın Ukraynada qələbə qazanacağı təqdirdə Vaşinqtonla Moskva arasında hərbi toqquşma ehtimalının artacağını bildirib. 

HİT.az xəbər verir ki, o, bu barədə CBS telekanalının "60 Minutes" proqramına müsahibəsində bildirib.

Onun sözlərinə görə, belə bir hadisə olarsa, ABŞ-ın müdafiə büdcəsi əhəmiyyətli dərəcədə artacaq - təxminən iki dəfə. Milli deyib ki, yaxın 10-15 il ərzində fövqəldövlət müharibəsi riski də artacaq.

Hərbçi həmçinin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının gedişatını qiymətləndirərək, bunu uzun, çətin və son dərəcə qanlı adlandırıb.

Samir

0