ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun İranı İsrailin HƏMAS və Fələstin İslami Cihadı ilə münaqişəsinə qarışmamağa çağırıb.
HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Braun bu barədə İranın maliyyələşdirdiyi “Hizbullah” qruplaşmasının Livandan İsrailə raket zərbələri endirməsinə münasibət bildirərkən danışıb.
Dünən “Hizbullah” qruplaşması Livandan İsrailə raket zərbəsi endirib. İsrail ordusu buna cavab verib və toqquşmalar olub.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa əməliyyatının başladığını elan edib. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyətə strat verib. İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir Qılınclar” adlanırıb. Ötən gün İsrail hökuməti rəsmən müharibə vəziyyəti elan edib. Endirilən zərbələr hər iki tərəfdən çox sayda insanın ölümünə və yaralanmasına səbəb olub, mülki infrastuktura ciddi ziyan dəyib. Ötən gün İsrail bütün ərazilərin nəzarətə götürüldüyünü elan edib.
Öz növbəsində İran tərəfi HƏMAS-ın İsraildə əməliyyatın planlaşdırılmasına kömək etməsi ilə bağlı xəbərləri təkzib edib.
Samir