İsraildəki müharibə İrana sıçrayacaq? - ŞƏRH

DÜNYA
11:22 / 10.10.2023
609

İsraildəki müharibənin digər ölkələrə də yayıla biləcəyi ehtimalları durmadan artmaqdadır. 

Xüsusilə, müharibənin sıçrayacağı ölkənin İran ola biləcəyi proqnozlaşdırılır. İsrail Prezidenti İshaq Hersoqun və Baş nazir Benyamin Netanyahunun terror hücumunun təşkilində İranı ittiham etdiyini qeyd etmək lazımdır. Rəsmi Tehran isə terrorçulara dəstək nümayiş etdirir.

Ümumiyyətlə, İsraildəki müharibənin İrana sıçrama ehtimalı var? İsrail İranı hədəf ala bilər?

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli HİT.az-a açıqlamasında bildirib ki, İsraildəki müharibə İrana sıçramayacaq:

335525

"İsrailin İran boyda dövlətə müharibə elan edəcəyini düşünmürəm. Amma konvensional müharibəni istisna etmək olmaz. Yəni İranın nüvə obyektlərinin vurulması, terror təşkilatlarının sıradan çıxarılması kimi tədbirlər görülə bilər. Əslində, heç o da inandırıcı deyil. 

Məncə, proseslərə oyun içərisində oyun kimi baxmaq lazımdır. Lakin İsrail İranı hədəf alacağı təqdirdə, həmişəki kimi onun Suriyadakı mövqelərini vuracaq. Onunla da yekunlaşacaq".

Pərviz

0