İsrailli cütlük 7 terrorçunu öldürüb əkizlərini xilas edə bildi - FOTO

DÜNYA
16:05 / 10.10.2023
686

İsraildə Adar və İtay Berdiçevski adlı ər-arvad evlərinə girən 7 HƏMAS döyüşçüsünü öldürüb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı cütlük İsrail ordusunda zabit kimi xidmət etdiklərindən evdə silahları olub.
Ətraflı

Məlumata görə, silahlı şəxslər evlərinə yaxınlaşarkən cütlük 10 aylıq əkizlərini xilas etmək üçün onları zirzəmidə gizlədiblər. Onlar terrorçulardan yeddisini güllələyib öldürsələr də, hər ikisi sonradan digər dəstə üzvləri tərəfindən qətlə yetirilib.

Hücumdan 14 saat sonra ailənin qohumları əkiz körpələri sağ-salamat tapıblar.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda döyüşlər davam edir.

0