Təbii fəlakətlərin qlobal zərəri saatda təxminən 16 milyon dollardır.
Hit.az-ın məlumatına görə, “Nature Communications” jurnalında bu barədə araşdırma dərc olunub.
Araşdırmaya görə, 2000-ci ildən 2019-cu ilə qədər baş vermiş təbii fəlakətlərin orta hesabla ildə 140 milyard dollar ziyanı var. Bu rəqəm ildən-ilə dəyişir. Həmçinin, bu xərclər məhsuldarlığın azalması kimi faktorları əhatə etmir.
Araşdırmaya görə, d2nyaya ən çox ziyan vuran təbii fəlakətlər qasırğalardır, daha sonra siyahıda daşqınlar və quraqlıqlar gəlir.
Ümumilikdə, təxminən 1,2 milyard insan və ya dünya əhalisinin altıda biri iyirmi il ərzində təbii fəlakətlərdən əziyyət çəkib.
Qeyd edək ki, dərc olunan araşdırma fırtınaların, daşqınların və quraqlıqların daha tez-tez və intensiv olmasına səbəb olan qlobal istiləşmə ilə bağlı xərcləri hesablayan ilk tədqiqatdır.
Aynur Əli