"Yaxın Şərqdə silahlı münaqişə zonası yaranarsa, Qərb ölkələri Ukraynaya yardımı azalda bilər".
HİT.az xəbər verir ki, bunu lenta.ru-ya politoloq, Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi Konstantin Bloxin deyib.
O qeyd edib ki, əgər ABŞ-ın İsrail və Ukrayna arasında seçim etməli olsa, o zaman Vaşinqton İsrailin xeyrinə qərar verəcək.
“İsrail ABŞ-ın təkcə Yaxın Şərqdə deyil, bütün dünyada ən yaxın müttəfiqidir. Həm Respublikaçılar, həm də Demokratlar həmişə son dərəcə İsrail tərəfdarı mövqe nümayiş etdiriblər. ABŞ elitaları arasında iki tərəfli İsrail tərəfdarı konsensus var”, deyə Bloxin bildirib.
Ekspert vurğulayıb ki, ABŞ İsrailə Yaxın Şərqdəki özünün forpostu kimi baxır. O, qeyd edib ki, ABŞ, məsələn, İran müharibəyə qoşularsa, Yaxın Şərqdə münaqişəyə qarışmalı olacaq, çünki İsrailin milli təhlükəsizliyinə təhlükə yaranacaq:
“Onların seçimi olacaq: Ukrayna və ya İsrail. Təbii ki, birinci yerdə İsrail olacaq. İsrailin resursları son dərəcə məhduddur: dövlət Amerikanın hərbi və maliyyə dəstəyi sayəsində mövcuddur”, deyə mütəxəssis fikrini yekunlaşdırıb.
Samir