Avropa İttifaqının genişlənməsi maliyyə problemlərinə görə ittifaqa zərər verə bilər
HİT.az xəbər verir ki, bu barədə "Bruegel" tədqiqat mərkəzinin Avropa İttifaqı məsələləri üzrə eksperti Rebekka Kristi "Reuters" agentliyinə bildirib.
“2024-cü ilin ortalarında Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin səlahiyyət müddəti başa çatdıqdan sonra quruma rəhbərlik edən şəxs büdcə problemləri ilə üzləşəcək və problem həll edilməsə, bütün Aİ-ni təhdid edə bilər", deyə ekspert bildirib.
O, həmçinin qeyd edib ki, Aİ ölkələri koronavirus pandemiyasından bəri yeni gəlir mənbələri barədə razılığa gəlmək istəyirlər, lakin heç bir qərar verilməyib.
Samir