Zelenski Rafael Qrossiyə nə söz verib?

DÜNYA
18:59 / 10.10.2023
386

MAQATE-nin rəhbəri Rafael Qrossi bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski ona Zaporojye Atom Elektrik Stansiyasını birbaşa atəşə tutmayacağına söz verib.

HİT.az xəbər verir ki, bu barədə "Guardian" yazır.

Zelenski əlavə edib ki, bütün digər variantlar nəzərdən keçirilir.

Qeyd edək ki, Zaporojye Atom Elektrik Stansiyası uzun müddətdir Rusiyanın işğalı altındadır. Rusiya hərbçiləri AES-i bazaya çevirib, ətrafını minalayıb. Ukrayna tərəfi dəfələrlə AES-də faciə baş verəcəyi barədə xəbərdarlıq edib.

Samir

0