HƏMAS terror qruplaşması bir ildən artıqdır ki, şənbə günü İsrailə hücum planlaşdırırdı. Hücum günü - oktyabrın 7-si təsadüfən seçilməyib.
HİT.az xəbər verir ki, bu barədə “Sky News” HƏMAS-ın Livandakı mənbələrinə istinadən yazır.
Qeyd olunur ki, terrorçular .ənbə və yəhudi bayramında hücumu qəsdən - maksimum zərər vurmaq məqsədilə həyata keçiriblər.
Mənbə həmçinin bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu cəbhəni genişləndirsə, müttəfiqləri HƏMAS-ı bu döyüşdə tək qoymayacaqlar.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa əməliyyatının başladığını elan edib. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyətə strat verib. İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir Qılınclar” adlanırıb. Ötən gün İsrail hökuməti rəsmən müharibə vəziyyəti elan edib. Endirilən zərbələr hər iki tərəfdən çox sayda insanın ölümünə və yaralanmasına səbəb olub, mülki infrastuktura ciddi ziyan dəyib. Ötən gün İsrail bütün ərazilərin nəzarətə götürüldüyünü elan edib.
Samir