Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin hesablamalarına görə, 2024-cü ilə qədər Avropa ölkələrində 65 yaş və yuxarı yaşda olanların sayı 15 yaşa qədər gənclərdən daha çox olacaq.
HİT.az xəbər verir ki, bu barədə ÜST-ün rəsmi saytı məlumat yayıb.
Yeni hesabatda insanların sağlamlığına təsir edən əsas amillər kimi fiziki fəaliyyət və pəhrizin rolu vurğulanır. Müəlliflər vurğulayırlar ki, orta səviyyədə idman və sağlam qidalanma ürək-damar xəstəliklərinin, xərçəngin, şəkərli diabetin, demensiyanın, psixi pozğunluqların və digər qeyri-infeksion xəstəliklərin qarşısını alır.
Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri yaşlı insanlara meyvə-tərəvəzlə zəngin qidalanmanı, şəkər, duz və yağda yüksək olan emal olunmuş qidalardan uzaq durmağı tövsiyə edir.
Həmçinin, qocalıqda sağlamlığı qorumaq üçün mütəxəssislər həftədə ən azı 150 dəqiqə fiziki fəaliyyətə ayırmağı məsləhət görürlər ki, bu da vaxtından əvvəl ölüm riskini 28% azaldır. Daha intensiv məşq hər hansı bir səbəbdən ölüm ehtimalını 35% azalda bilər.
Samir