"Polşa-Ukrayna münasibətlərinin pisləşməsi Ukrayna lideri Volodimir Zelenski üçün ciddi səhv olacaq".
HİT.az xəbər verir ki, bunu Polşanın keçmiş müdafiə naziri Antoni Maçereviç deyib.
“Telewizja Republika”ya müsahibəsində o qeyd edib ki, söhbət Kiyev və Almaniya arasında mümkün qarşılıqlı əlaqələrin gücləndirilməsindən gedir:
“Bu, cənab Zelenskinin çox dərin strateji səhvidir. Ümid edirəm ki, Zelenski və onun müşavirləri Polşanın dəstəyi olmadan Ukraynanın müstəqilliyini itirəcəyini başa düşəcəklər".
O əlavə edib ki, Ukrayna siyasətinin Almaniyanın xeyrinə vektoru təkcə Polşaya qarşı deyil, həm də Ukraynanın özünə qarşı yönəlib.
Samir