Bu il bir çox ölkələrdə dağıdıcı zəlzələlər qeydə alınıb. Yeraltı təkanların daha çox aktivləşdiyi ildə çox sayda ölən və yaralananlar olub. İnsanlar öz yurd-yuvalarından ayrı düşməli olub.
Hit.az bu il güclü və çox sayda insanın ölümü ilə nəticələnən zəlzələlərin siyahısını hazırlayıb.
*Cari ilin 29 yanvar tarixində İranda 5,9 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Xoy şəhərində yerləşib. İranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində zəlzələ baş verməsi nəticəsində 2000-ə yaxın insan həyatını itirib. Zəlzələ nəticəsində 73 500 evə ziyan dəyib.
*Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonda 7,7 maqnitudalı zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. Zəlzələ nəticəsində həyatını itirənlərin sayı 50 783 nəfəri ötüb. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
*Sentyabrın 8-dən 9-a keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsi olub. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib. Ən azı 2946 nəfərin öldüyü, 5600-dən artıq insanın yaralandığı deyilir. Mərakeşdəki binalara və tarixi abidələrə ziyan dəyib. Zəlzələ İspaniya, Portuqaliya və Əlcəzairdə də hiss olunub.
*Əfqanıstanda oktyabrın 7-də Herat yaxınlığında 6,3 maqnitudalı zəlzələ olub. Son verilən məlumata görə, təbii fəlakətdə 2,5 min nəfər ölüb, on minlərlə insan evsiz qalıb. Bu qədər zəlzələ nəticəsində indiyədək 57000-dən çox insan həyatını itirib. Yəni, bu ilki zəlzələlər nəticəsində yarım milyondan çox insan həyatını itirib.
Qeyd edək ki, bu il dəfələrlə müxtəlif aylarda ölkəmizdə də zəlzələ qeydə alınıb. Xoşbəxtlikdən, zəlzələnin balı çox olmayıb.
Aynur Əli