Süni intellektə ürək xəstəliklərinə diaqnoz qoymağı öyrətdilər

DÜNYA
22:48 / 11.10.2023
677

ABŞ-ın Stivens Texnologiya İnstitutunun alimləri ürək xəstəliklərə diaqnoz qoymağı süni intellektə öyrədiblər. Süni intellekt ürək ritminin audio yazısını dinləyir və xəstəliyin mövcudluğunu göstərə biləcək incə səsləri təhlil edir. 

HİT.az xəbər verir ki, bu barədə "EEEXplore" məlumat yayıb.

Həkim stetoskopla ürəyi dinlədikdə, orqanla bağlı problemləri göstərən səs-küy eşitməyə bilər. Alimlər müayinələr zamanı insanın eşitmə qabiliyyətinə güvənmək ehtiyacını aradan qaldıran texnologiya hazırlayıblar. Süni intellekt ürəyin işini müşayiət edən bütün səsləri qeyd edən audio yazıları təhlil edir.

Tədqiqatçılar artıq yeni aləti sınaqdan keçiriblər: süni intellekt bir neçə saniyə ərzində ürək qapaqlarının xəstəliklərini müəyyən edə bilib.

Səs siqnalını təhlil edərək texnologiya birlikdə mövcud olsa belə, 93% dəqiqliklə beş müxtəlif xəstəliyi müəyyən edə bilir.

Müəlliflər qeyd ediblər ki, ürək qüsurları çox vaxt həkim səhvləri ucbatından aşkar edilmir. Yeni diaqnostik üsul çox dəqiqdir, ona görə də geniş yayıla bilər. İndi tədqiqatçılar texnologiyanı təkmilləşdirməyə çalışırlar.

Samir

0