Tramp Baydeni “Ağ Evi işğal edən gülüş obyekti” adlandırdı

DÜNYA
09:12 / 12.10.2023
335

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridada tərəfdarları qarşısında çıxış edərkən ölkənin hazırkı prezidenti Co Bayden haqqında təhqiramiz fikirlər səsləndirib.

HİT.az xəbər verir ki, Ağ Evin keçmiş rəhbəri Baydenə “yarmaz Co” deyib, onun dövründə amerikalıların xaos, qan tökülməsi, müharibə, terror yaşadığını bildirib. Sabiq prezident Baydeni “Ağ Evi işğal edən gülüş obyekti” adlandırıb.

Tramp qeyd edib ki, ABŞ-ın bütün dünyadakı rəqibləri Baydenlə nə qədər şanslı olduqlarına inana bilmirlər. Və bütün planetdəki hər bir “canavar, yaramaz, diktator və terrorçu” hazırkı Amerika prezidentinin yanında özünü əla hiss edir.

Bundan əvvəl Ağ Evin keçmiş rəhbəri Donald Tramp ABŞ prezidenti Co Baydenin ölkənin keçmiş lideri Barak Obamaya tabe olduğunu bildirib. Tramp deyib ki, Obama Baydenin rəhbəridir.

Samir

0