Avropa İttifaqı diplomatiyasının rəhbəri Cosep Borrell Çinin Ukrayna ilə bağlı mövqeyini dəyərləndirib.
HİT.az xəbər verir ki, diplomat bu barədə "South China Morning Post" (SCMP) qəzetinə müsahibəsində danışıb.
Cozep Borrel bildirib ki, Avropa İttifaqı Çinin Rusiya və Ukrayna arasındakı münaqişədə mövqeyindən narazıdır.
Onun sözlərinə görə, Çinin mövqeyi "toyuq hininə girmiş tülkünün müşahidəçisi" kimidir.
"Bu işdə neytral olmaq, tülkü toyuq hininə girərkən kənardan baxmaq və nəticələrini gözləmək kimi bir şeydir", deyə Borrell bildirib.
O, həmçinin izah edib ki, Avropa İttifaqı Ukraynanı Çinin Rusiyanı dəstəkləmədiyinə inandırmaq üçün çox çalışmalı olacaq.
Samir