Olaf Şolts İranı günahlandırdı: "Özünün əsl üzünü göstərir"

DÜNYA
12:23 / 12.10.2023
496

"İranın son illərdə təşkilata verdiyi dəstək olmasaydı, HƏMAS-ın İsrailə hücumu mümkün olmayacaqdı".

HİT.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Yaxın Şərqdəki vəziyyətlə bağlı Bundestaqda hökumət bəyanatı zamanı deyib.

"Son bir neçə il ərzində İranın dəstəyi olmasaydı, HƏMAS bu hücumu həyata keçirə bilməzdi. İran rejiminin sevinc bəyanatları alçaqlıqdır. Tehran rəhbərliyi özünün əsl üzünü göstərir", deyə Şolts bildirib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə bir neçə min raket atmasından və "Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan etməsindən sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir Qılınclar" adlanırdı.

Samir

0