Türkiyədə gələn il keçiriləcək bələdiyyə seçkiləri üçün partiyaların ittifaq çalışmaları da davam edir.
HİT.az xəbər verir ki, Gələcək Partiyasının yenidən Cümhuriyyət Xalq Partiyası (CHP) ilə ittifaq qurmaq ehtimalı gündəmə gəlib.
Türkiyə siyasi kulislərində gəzən söz-söhbətlərə əsasən, CHP-də keçiriləcək qurultaydan sonra bununla bağlı addım atılacaq. Deyilənlərə görə, Kamal Kılıçdaroğlu yenidən CHP sədri seçiləcəyi təqdirdə, Gələcək Partiyası ilə növbəti dəfə ittifaq qurulacaq.
Əgər CHP və Gələcək Partiyası arasında ittifaq qurularsa, Demokratiya və Sıçrayış Partiyası ilə Səadət Partiyasının da sözügedən koalisiyaya qoşulma ehtimalı gündəmə gələcək.
Qeyd edək ki, hər üç partiyanın səlahiyyətliləri CHP ilə yenidən ittifaq qurmağı istisna etməyiblər.
Pərviz