Dünya III Dünya müharibəsinin astanasında: "İşartıları görünür..."

DÜNYA
14:30 / 12.10.2023
624

İsrail və Fələstin arasında başlayan müharibə davam edir. Bu müharibəyə bəzi digər ölkələrin qarışması və müharibənin miqyasının böyüməsi ilə bağlı iddialar səsləndirilir. Bəs bu mümkündürmü?

Politoloq İlyas Hüseynov Hit.az-a açıqlamasında bildirib ki, III Dünya müharibəsinin işartıları görünə bilər:

"İsrail və Fələstin arasında olan müharibə Rusiya-Ukrayna müharibəsi fonunda baş verdi. Dünyada bir sıra münaqişəli bölgələr, müharibə astanasında olan ərazilər mövcuddur. Onlardan biri də 20-ci əsrdən davam edən İsrafil Fələstin münaqişəsidir. Rusiya-Ukrayna müharibəsi birqütblü dünyadan çoxqütblü dünyaya keçid elementlərini də göstərir. Qərb Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, ona yardımlar göstərir. Rusiya da ətrafına ölkələr toplaya bilib. 

İsrail Fələstin münaqişəsində də kənar dövlətlərin onların mövqeyini müdafiə etməsi qlobal münaqişəyə götirib çıxara bilər. Xüsusilə Səudiyyə Ərəbistanı, İran, Türkiyə kimi Yaxın Şərqdə dominant mövqeyə sahib olan ölkələr III Dünya müharibəsinin işartılarını meydana gətirəcək. Digər münaqişə var ki, BMT-in Təhlükəsizlik Şurasının daimi üzvlərinin tam şəkildə öz münaqişələrinə qatılması mənzərəsini formalaşdıracaq. Söhbət Çin və Tayvan arasında olan müharibədən gedir. Yəni, miqyasın genişlənəcəyi senarisi baş tuta bilər".

Aynur Əli

0