Tramp Netanyahunu tənqid etdi, "Hizbullah"ı "çox ağıllı" adlandırdı

DÜNYA
17:55 / 12.10.2023
489

ABŞ-ın keçmiş prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu tənqid edib və "Hizbullah" terrorçularını "çox ağıllı" adlandırıb.

HİT.az “The Washington Post”a istinadən xəbər verir ki, “Fox News”a müsahibəsində keçmiş ABŞ lideri baş verənlərə görə Netanyahunun “çox əziyyət çəkdiyini” deyib: “O, hazır deyildi, İsrail də buna hazır deyildi”.

Bundan əlavə, Tramp Floridada çıxışı zamanı Hizbullahın kəşfiyyatını tərifləyib: "Bilirsiniz, "Hizbullah" çox ağıllıdır. Onların hamısı çox ağıllıdır".

Keçmiş prezidentin sözçüsü daha sonra izah ib ki, o, adı açıqlanmayan Amerika rəsmilərini “Hizbullah"a şimaldan hücum ideyası verdiyinə” görə tənqid edib.

"Tramp terrorçulara hücuma məruz qala biləcək ərazini söyləməklə, Bayden və onun administrasiyasının səriştəsizliyini açıq şəkildə göstərdi. Ağıllı olmaq yaxşı demək deyil", deyə mətbuat katibi bildirib.

Tramp özü də etiraf edib ki, onun Hizbullahla bağlı açıqlamaları mübahisəli ola bilər: "Nə deyim? Amma "Hizbullah" çox ağıllıdır. Onlar ağıllıdırlar və təbii ki, şərdirlər".

Həmçinin tərəfdarları qarşısında çıxışı zamanı Tramp iranlı general Qasım Süleymaniyə sui-qəsd əməliyyatı zamanı “İsraillə pis təcrübəsindən” danışıb. Onun sözlərinə görə, İsrail kəşfiyyatı ABŞ-a onun yerini müəyyənləşdirməkdə və pilotsuz təyyarənin zərbəsini planlaşdırmaqda kömək edib, lakin əməliyyat ərəfəsində iştirakdan imtina edib:

"Netanyahunun bizi uğursuzluğa düçar etdiyini heç vaxt unutmayacağam. Bu, çox dəhşətli idi. Bundan məyus olduq. Çox məyus olduq. Amma biz işi özümüz etdik. Bu, tamamilə dəqiq, möhtəşəm, gözəl bir iş idi". 

Samir

0