"Ərəb-İsrail münaqişəsi Avropa üçün ciddi problemlər yaradır"

DÜNYA
18:36 / 12.10.2023
584

"Ərəb-İsrail münaqişəsinin gərginləşməsi Avropa üçün ciddi problemlər yaradır".

HİT.az xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski deyib.

Onun sözlərinə görə, HƏMAS-ın İsrailə hücumuna görə Avropa İttifaqı kütləvi miqrasiya ilə üzləşəcək:

“Bugünkü Aİ miqrasiya paktı, mənim Avropa Şurasındakı son görüşlərimdən sonra heç şübhəsiz bildiyimiz kimi, qeyri-qanuni immiqrasiya və qeyri-qanuni mühacirlərin bütün üzv dövlətlər arasında bölüşdürülməsi ilə bağlıdır”, deyə Moravetski bildirib.

O, əlavə edib ki, Aİ-nin bu miqrasiya siyasətini nəzərə alsaq, Yaxın Şərqdəki müharibə nəticəsində qeyri-qanuni mühacirlərin kütləvi dalğası polyakları birbaşa təhdid edir. Moravetski vurğulayıb ki, miqrantlar arasında “yüz minlərlə gənc olacaq, onların arasında həm islamçı yaraqlılar, həm də terrorçular olacaq”.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə bir neçə min raket atmasından və "Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan etməsindən sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir Qılınclar" adlanırdı.

Samir

0