Aİ İsrailin 24 saat ərzində 1,1 milyon Qəzza sakinini evakuasiya etmək çağırışına cavab verdi

DÜNYA
16:55 / 13.10.2023
485

"İsrailin 1,1 milyon fələstinli sakini 24 saat ərzində Qəzza zolağının cənubuna təxliyəsi tələbi real deyil". 

HİT.az xəbər verir ki, bunu Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Pekində keçirdiyi mətbuat konfransında deyib.

"24 saat ərzində 1,1 milyon insanın evlərini tərk etməsi real deyil", deyə Borrel bildirib.

Oktyabrın 13-də BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bəyan edib ki, İsrail 24 saat ərzində 1,1 milyon fələstinlinin Qəzza zolağının cənubuna təxliyyə edilməsi zərurəti barədə təşkilata məlumat verib. Bununla belə, Birləşmiş Millətlər Təşkilatı belə bir addımın mümkün humanitar nəticələrindən narahatlığını ifadə edib.

Samir

 

0