Macar nazir Moskvaya qaz istəməyə gəldi: "Soyuq hava yaxınlaşır"

DÜNYA
19:42 / 13.10.2023
415

Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto Vladimir Putindən yenidən qaz istəmək üçün ölkənin "enerji təhlükəsizliyinin gücləndirilməsi" şüarı ilə Rusiya Federasiyasına gedib.

HİT.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

Avqust ayında ölkənin “Türk axını” qaz kəməri ilə Rusiya qazını idxal etmək niyyəti məlum olub. Macarıstanın baş diplomatı oktyabrın 12-də axşam saatlarında "Facebook"da Moskvaya gəldiyini təsdiqləyib. Orada o, səfərin məqsədini də açıqlayıb:

“Soyuq hava yaxınlaşır, enerji təhlükəsizliyi yenidən diqqət mərkəzindədir”.

Siyartonun Moskvada Rusiya Federasiyası baş nazirinin energetika üzrə müavini Aleksandr Novak ilə görüş keçirəcəyi gözlənilir.

PAP yazır ki, bu, Rusiya Federasiyası ilə Ukrayna arasında müharibənin başlanmasından bəri artıq Moskvaya beşinci rəsmi səfərdir. Eyni zamanda, Siyarto hələ də Kiyevə diplomatik səfərdən və Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən çəkinir.

Samir

0