Ukrayna müdafiə nazirinin müavini Nataliya Kalmıkova bildirib ki, ölkənin yüz minlərlə vətəndaşı silahlı qüvvələrə səfərbər olmamaq üçün əlindən gələni edir.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna hakimiyyəti səfərbərliyə məruz qalan kişiləri müəyyənləşdirmək və onları orduya göndərmək niyyətindədir.
"Təəssüf ki, səfərbərlikdən yayınmaq üçün özlərinə müxtəlif "şərait yaradan" yüz minlərlə insan var", deyə nazir müavini Ukraynanın Rada telekanalında vurğulayıb.
Onun sözlərinə görə, yaxın vaxtlarda Ukrayna Müdafiə Nazirliyi səfərbərliyi tənzimləyən sənədlərə qanunvericilik dəyişiklikləri hazırlayacaq. O, bu təşəbbüslərin təfərrüatlarını açıqlamayıb.
Ukraynada səfərbərlik 2022-ci il fevralın 25-də Rusiya hərbi əməliyyatının başlamasının ertəsi günü elan edilib. Ukrayna prezidenti Volodimir Zelenskinin fərmanına əsasən, ölkədə hərbi vəziyyətin qüvvədə olduğu müddətdə səfərbərlik tədbirləri həyata keçiriləcək.
Samir