Putin: "Ermənistan MDB-dən heç yerə getmir"

DÜNYA
23:37 / 13.10.2023
662

Ermənistan MDB-dən heç yerə getmir.

Bunu Bişkekdə MDB liderlərinin sammitinin yekunları ilə bağlı keçirdiyi brifinqdə Rusiya Prezidenti Vladimir Putin bildirib.

O, Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı apardığını qeyd edib.

“Paşinyanla zəngləşdik və qarşıdan gələn MDB sammitini müzakirə etdik”, -Putin vurğulayıb.

Putin Paşinyanın Birlik sammitində iştirak etməməsinin səbəblərini anlaşılan adlandırıb.//APA

1