Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə məsələsində "həlledici irəliləyiş" axtarır.
HİT.az xəbəre verir ki, bu barədə "Reuters" Aİ liderlərinin bu ayın sonunda görüşəcək birgə bəyanat layihəsinə istinadən yazır.
Blok hüquqi problemlərə görə Rusiyanın dondurulmuş dövlət aktivlərinin Ukrayna üçün istifadəsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsini təxirə salıb. Xüsusilə, blokun Rusiya özəl şəxslərinin sərvətlərinə qarşı tətbiq etdiyi sanksiyalara məhkəmələrdə etiraz edildiyinə görə...
Nəşrin nəzərdən keçirdiyi birgə bəyanatın layihəsinə əsasən, blok liderləri oktyabrın 26-27-də Brüsseldə görüşəcəklər. Eyni zamanda, oktyabrın 17-də Aİ ölkələrinin diplomatları bu məsələ ilə bağlı texniki danışıqlar aparmalıdırlar.
Samir