İsrailin Qəzza zolağında qarşıdan gələn quru əməliyyatı İran üçün qırmızı xətt olacaq və bu, yeni cəbhələrin yaranmasına gətirib çıxara bilər.
HİT.az xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbərinin birinci müavini İbrahim Əzizi deyib.
Onun sözlərinə görə, İsrail hakimiyyəti anlamalıdır ki, Fələstin yalnız İsrailin bu səhvə yol verməsini gözləyir. Əgər İsrail ordusu buna baxmayaraq, Qəzza zolağında əməliyyata başlasa və anklav istiqamətində raketlərin göndərilməsini dayandırmasa, o zaman İsrail yeni döyüş cəbhələrinin yaranmasına qədər gözləməli olacaq.
Əzizi əlavə edib ki, Fələstin müqavimət cəbhəsinin praktiki olaraq sərhədləri yoxdur və İsrail bu cəbhə ilə harda döyüşə girsə, mütləq hücuma məruz qalacaq və gələcəkdə bu hətta İsrail dövlətçiliyinin məhvinə gətirib çıxara bilər.
Samir