Şolt Qərbi Balkanların tezliklə Aİ-yə qoşulmasını istəyir

DÜNYA
16:26 / 16.10.2023
489

Almaniya kansleri Olaf Şolts Qərbi Balkan ölkələrinin tezliklə Avropa İttifaqına (Aİ) üzv olmasının vacibliyini bəyan edib. 

HİT.az DPA-ya istinadən xəbər verir ki, o, bu barədə Avropa İttifaqı və region ölkələrinin liderlərinin Albaniyada iştirak etdiyi Berlin prosesinin IX sammitinə gələrkən bildirib.

"Mənə tamamilə aydındır ki, bu ölkələrin üzvlüyünün təsdiqlənməsindən 20 il sonra biz bunun baş verməsini tez bir zamanda təmin etməliyik", deyə kansler bildirib.

Daha əvvəl bildirilmişdi ki, sammit çərçivəsində Şolts Qərbi Balkan ölkələri - Albaniya, Serbiya, Şimali Makedoniya, Monteneqro və Bosniya və Herseqovina və Kosovonun liderləri ilə görüşəcək. İclasda Şoltsdan başqa, Aİ-nin yüksək səviyyəli rəsmiləri - Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Şurasının rəhbəri Şarl Mişel də iştirak edəcək. Görüşün Berlin prosesi çərçivəsində baş tutacağı dəqiqləşib.

Samir

0