Məşhur serialın ulduzu məişət zorakılığına görə həbs edildi

DÜNYA
18:30 / 16.10.2023
669

Məşhur "Dexter", "The Following" və "Dynasty" seriallarının ulduzu, aktyor Sem Andervud Los-Ancelesdə qadına zorakılıq etdiyi üçün həbs olunub.

HİT.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, polis oktyabrın 7-də Los-Ancelesdəki mənzilə çağırılıb. Andervud məişət zorakılığında şübhəli bilinir - o, mübahisə zamanı bir qadına hücum edib.

Zərərçəkmişdə qançırların olduğu müəyyən edilib. 10 saatlıq həbsdən sonra Andervud zaminə buraxılıb. Aktyorun zərərçəkənlə hansı münasibətdə olduğu barədə məlumat verilmir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Samir

0