Slovakiya Aİ və NATO-dan çıxacaq?

DÜNYA
19:20 / 16.10.2023
452

Slovakiyanın "Smer" Partiyasının sədri Robert Fiko ölkəsinin Avropa İttifaqı (Aİ) və NATO-dan çıxmayacağını, əksinə xarici siyasətdə dövlət maraqlarını müdafiə edəcəyini bildirib. 

HİT.az xəbər verir ki, o, bu barədə hökumət koalisiyasının yaradılması haqqında sazişin imzalanması mərasimindən sonra bildirib.

“Xarici İşlər Nazirliyi artıq başqalarının maraqlarını ifadə etməyəcək. Slovakiyanın Xarici İşlər Nazirliyi respublikanın maraqlarını təmsil edəcək, Slovakiyanın xarici siyasəti həyata keçiriləcək”, deyə Fiko bildirib.

Onun sözlərinə görə, Slovakiyanın Aİ-yə üzvlüyü dövlət üçün son dərəcə faydalıdır. "Bratislava etibarlı tərəfdaş olaraq qalmaq istəyir, lakin ölkəyə zərər verəcək tədbirlərə razı olmayacaq", deyə Fiko əlavə edib.

Bundan əvvəl Slovakiyada seçkilərdə lider olan üç partiyanın hakim koalisiyanın yaradılması haqqında bəyannamə imzaladığı, İstiqamət - Sosial Demokratiya (Smer) partiyasının sədri, keçmiş baş nazir Robert Fikonun baş nazir olacağı bildirilirdi.

Slovakiyada parlament seçkiləri bu il sentyabrın 30-da keçirilib. Qələbəni Slovakiyanın keçmiş baş naziri Robert Fikonun rəhbərlik etdiyi “Smer” Partiyası qazanıb. Fiko üç dəfə hökumət başçısı vəzifəsində çalışıb.

Samir

 

0