Hansı ölkələr Ukraynaya yardımdan İsrailin xeyrinə imtina edəcək? - Politoloq

DÜNYA
18:18 / 17.10.2023
644

"Yaxın Şərqdə hərbi münaqişənin kəskinləşməsi fonunda bir çox ölkələr Ukraynaya yardım göstərməkdən və resursları İsrailə yönləndirməkdən imtina edəcək".

HİT.az xəbər verir ki, bunu rusiyalı politoloq Danila Qureyev 360 telekanalına müsahibəsində bildirib.

Onun fikrincə, yalnız ABŞ Kiyevə dəstəkdən imtina edə bilməyəcək. Ekspert hesab edir ki, ABŞ-ın sonsuz resursları yoxdur, lakin onlar eyni vaxtda iki dövlətin dəstəyini öhdəsinə götürə bilməyən Qərb blokunun digər ölkələrindən fərqlidirlər.

"Avropa yardımını nəzərdən keçirdikdə, münaqişə məsələlərində İsrailə üstünlük veriləcək. Nəticədə Ukraynanın Avropa İttifaqından yardımı bir neçə dəfə az olacaq", deyə ekspert hesab edir.

Danila Qureyev əmindir ki, ABŞ hakimiyyətinin hər iki ölkəyə yardım göndərməsi də çətinləşir, O, İsraili və onun HƏMAS ilə münaqişəsini Amerika hakimiyyəti üçün Ukrayna məsələsindən daha üstün prioritet adlandırıb. Onun fikrincə, Birləşmiş Ştatlar bu münaqişənin həllinə əhəmiyyətli resurslar ayıracaq.

Samir

0