HƏMAS-ın öldürülən yüksəkrütbəli üzvlərinin SİYAHISI

DÜNYA
17:53 / 17.10.2023
440

Oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisinə etdiyi hücumdan sonra başlayan müharibə davam edir. Müharibə nəticəsində İsrail HƏMAS-ın bir sıra yüksəkrütbəli üzvlərini məhv edib.

Hit.az siyahını təqdim edir:

9 oktyabr Qəzza zolağının cənubundakı Rəfah bölgəsi İsrail tərəfindən bombardman edilib. Bu zaman HƏMAS-ın (Xalq Müqavimət Komitələri - red.) hərbi qolunun yüksək rütbəli komandiri Rafat Əbu Hilal məhv edilib. 

10 oktyabr İsrail ordusu HƏMAS-ın siyasi bürosunun yüksək rütbəli üzvü Zəkəriyyə Əbu Maamranı öldürüb. Maamra təşkilatın daxili əlaqələr idarəsinin rəisi olub.

10 oktyabr İsrail Müdafiə Qüvvələri HƏMAS terror hərəkatının iqtisadiyyat naziri Cavad Əbu Şamalı məhv edib. Əbu Şamal öz vəzifələrinin bir hissəsi olaraq HƏMAS-ın maliyyəsini idarə edib və Qəzza zolağının daxilində və xaricində terrorizmi maliyyələşdirmək və istiqamətləndirmək üçün vəsait ayırıb.

12 oktyabr Fələstinin "İslami Cihad" qruplaşmasının yüksək rütbəli lideri Musa Nasir Qəzza zolağının şimalında öldürülüb. 

12 oktyabr İsrail Müdafiə Qüvvələri HƏMAS-ın daha bir yüksək rütbəli üzvü Məhəmməd Əbu Şamalı öldürüb. 

15 oktyabr İsrail hərbçiləri Fələstinin HƏMAS radikal qruplaşmasının xüsusi təyinatlı dəstəsinin komandirlərindən birini öldürüb. İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin kəşfiyyat məlumatlarına görə, Qəzza zolağında HƏMAS-ın “Nuxba” adlı xüsusi təyinatlılarının bölük komandirlərindən biri Bilal Əl-Kedranı zərərsizləşdirilib. O, kibbutz Nirimə terror hücumuna rəhbərlik edib.

Bu gün isə HƏMAS qruplaşmasının “İzzədin əl-Kassam briqadası”nın hərbi qanadının mərkəzi hissəsinin komandiri, “Əbu Əhməd” ləqəbli Husal Ayman zərərszləşdirilib. O, İsrail Müdafiə Ordusunun Qəzza zolağının mərkəzinə hücumu nəticəsində öldürülüb.

Aynur Əli

0