Ukrayna büdcəsini doldurmaq üçün yollar axtarır, amma...

DÜNYA
20:17 / 17.10.2023
594

"Ukrayna xarici maliyyə yardımından imtina edib büdcəsini müstəqil şəkildə doldura bilməyəcək".

HİT.az xəbər verir ki, bunu “Ukrinform”a Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib.

O qeyd edib ki, hazırda nazirlik bankların izafi mənfəətindən vergilərin tətbiqi imkanını nəzərdən keçirir, lakin onun fikrincə, bu, problemi həll etməyəcək. Bundan əlavə, idarədə aksizlərin tətbiqi və qumar oyunlarının leqallaşdırılması məsələləri də öyrənilir:

"Açığını deyim ki, bütün daxili problemlərimizi həll etsək belə, bu, bizə xarici maliyyə ehtiyaclarını ödəməyə imkan verməyəcək",

Ötən gün Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin demişdi ki, Ukrayna Qərbin köməyi olmadan tezliklə müflisləşəcək və bu, vətəndaş müharibəsinə gətirib çıxara bilər. Onun sözlərinə görə, Kiyevin ilin sonunda büdcə kəsirini bağlamağa maliyyəsi yoxdur və bu, hakimiyyətin pensiya, hərbi maaş və əlillərə müavinət verə bilməyəcəyi riskini yaradır.

Bundan əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen demişdi ki, Qərb ölkələri Ukraynanın iqtisadi səbəblərdən uğursuzluğa düçar olmasına imkan verə bilməz. O, həmçinin Amerika administrasiyasının lazım olduğu müddətdə Kiyevi dəstəkləməyə davam etmək niyyətini təsdiqləyib.

Samir

0