İsrail və Həmas arasındakı savaş davam edir. Bu gün ABŞ prezidenti Bayden İsrailə səfər edib və dəstəyini ifadə edib. Böyük güclərin əksəriyyəti İsrailin yanında olduğunu bildirən açıqlamalar verir.
Maraqlıdır, savaş İsrailin qələbəsi ilə yekunlaşacaqmı?
Hit.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib ki, İsrail-Fələstin məsələsində böyük güclər arasında bir parçalanma var:
"Rusiya açıq şəkildə baş verənləri qınadı, Fələstinin yanında olduğunu bildirdi. Çin də bu müharibəni dayandırmağı tələb etdi. İsrail-Fələstin məsələsində böyük güclər arasında bir parçalanma var. Fələstinli HƏMAS qruplaşması əsir saxladıqları insanların geri qaytarılması istiqamətində addımlar atıb. Bunun nə dərəcədə real olacağını zaman göstərəcək. HƏMAS lideri ilə Bayden arasındakı görüş isə təxirə düşdü. Mahmud Abbas görüşdən imtina etdi. Ərəb ölkələri də bu məsələnin üstünə düşüb və İsrailə qarşı cəbhə alıb. İranla Türkiyə də İsrailin üzərinə gedir. Durum qarışıqdır, kimin qələbə əldə edəcəyini demək çətin məsələdir. Bu günə qədər 600 minə qədər insan Qəzza zolağından çıxarılıb. Amma hər halda vəziyyət orada kritikdir və nə olacağını əvvəldən demək çətindir".
Aynur Əli