Qəzzada ölən fələstinlilər üçün bu ölkələrdə matəm elan edilib - SİYAHI

DÜNYA
17:14 / 18.10.2023
458

Ötən gün Qəzza zolağına atılan raketlərdən biri Əl-Əhli Baptist xəstəxanasına düşüb. Nəticədə 800-ə qədər insan ölüb. Bununla bağlı olaraq, bir sıra ölkələr matəm elan edib.

Hit.az həmin ölkələrin siyahısını təqdim edir:

* Fələstin Prezidenti Mahmud Abbas xəstəxanaya hücumdan sonra ölkədə 3 günlük matəm elan edib.

* İran hökuməti də bununla bağlı olaraq ölkədə matəm elan edib. Həlak olan fələstinlilərin xatirəsinə ehtiram məqsədilə qara matəm bayrağı qaldırılıb.

* Qəzzada xəstəxanaya hücum nəticəsində ölənlərin xatirəsinə Suriyada da 3 günlük matəm elan edilib. Bu müddət ərzində Suriyada və onun xaricdəki bütün səfirliklərində bayraqlar yarıya endirilib.

*İordaniyada da bununla bağlı olaraq 3 günlük matəm elan edilib. İordaniya Kral Məhkəməsindən verilən açıqlamada Kral II Abdullah İsrailin Qəzza zolağındakı Əl-Əhli Baptist Xəstəxanasına hücum pislənilib. "Qəzzada Baptist Xəstəxanasında törədilən qətliamı görməməzlikdən gəlmək dəhşətli bir müharibə cinayətidir", deyə o bildirib.

* Türkiyədə də Qəzzaya görə 3 günlük matəm elan ediləcək. Türkiyə Prezident Administrasiyasının qərarına əsasən, Qəzza zolağında xəstəxananın bombalanması nəticəsində çox sayda insanın həyatını itirməsi ilə əlaqədar matəm elan olunacaq.

Aynur Əli

0