Tramp Baydeni ABŞ-ın düşmənlərini gücləndirməkdə ittiham etdi

DÜNYA
17:32 / 18.10.2023
373

"HƏMAS-ın İsrailə hücumu göstərdi ki, ABŞ-ın güclü prezidenti olduğu zaman dünya təhlükəsizdir".

HİT.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib. 

O, “Newsweek” jurnalına yazdığı məqalədə qeyd edib ki, Amerikanın hazırkı lideri Co Bayden öz səriştəsizliyi və məlumatsızlığı ilə yəhudi dövlətinə qarşı hücuma səbəb olub: "Hər addımda Co Bayden Amerikanın bütün dünyadakı düşmənlərini, xüsusilə də terror qruplaşması HƏMAS və onların qatil sponsoru, İrandakı bədxah rejimi gücləndirib və cəsarətləndirib".

ABŞ-ın keçmiş prezidentinin fikrincə, o, hakimiyyəti Baydenə təhvil verəndə İran zəifləmiş vəziyyətdə idi. Tramp vurğulayıb ki, Ağ Evin yeni rəhbərinin zəifliyi Tehranın yenidən güclənməsinə və Çinlə qarşılıqlı əlaqələrin güclənməsinə səbəb olub.

"Mənim rəhbərliyim zamanı bizim yanaşmamız tam olub. Dünya təhlükəsiz, dinc və sakit idi - çünki Amerika Birləşmiş Ştatları hörmətli və güclü idi”, deyə ABŞ-ın keçmiş prezident fikrini yekunlaşdırıb.

Samir

0