Günəş sistemində yerdənkənar həyatın axtarışı üçün perspektivli planet açıqlandı

DÜNYA
23:10 / 18.10.2023
447

Əndəlus Astrofizika İnstitutunun ispan alimləri cırtdan Ceres planetini yerdənkənar canlıların axtarışı üçün perspektivli yer adlandırıblar. 

HİT.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələri "The Geological Society of America" (GSA) elmi jurnalında dərc olunub.

Ceres Günəş sistemindəki məlum cırtdan planetlərin ən kiçiyidir. Onun diametri təxminən 950 km-dir. Səma cismi Yerdən 263,8 milyon kilometr məsafədə, Mars və Yupiter arasındakı asteroid qurşağında yerləşir.

Komanda "Dawn" kosmik zondunun məlumatlarını tədqiq edib və Ceresin üzvi zəngin rayonlarının xəritəsini çəkib. Modelləşdirmə nəticələri göstərib ki, üzvi maddələrin paylanması kiçik bir planetin səthinə asteroidlərin təsirinin yerləri ilə bağlıdır.

"Üzvi maddələrin mənşəyi hələ yaxşı başa düşülməsə də, indi onların Ceresdə və ehtimal ki, suyun varlığında əmələ gəldiyinə dair güclü sübutlarımız var. Ceresin daxilində üzvi molekulların böyük bir daxili anbarının tapılması ehtimalı mövcuddur", deyə tədqiqatın həmmüəllifi, astrofizik Xuan Rizos bildirib.

Ceres 2023-2032-ci illər üçün planlaşdırılan Planet Elmi və Astrobiologiya Layihəsinin yüksək prioritet hədəfləri arasındadır.

Samir

1