"Gürcüstanda prezidenti müxalifət liderinə çevirilib"

DÜNYA
19:39 / 18.10.2023
400

"Gürcüstan prezidenti Salome Zurabişvili yalnız formal olaraq dövlət başçısı olaraq qalır".

HİT.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının rəhbəri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, siyasətçi hazırda yalnız ölkənin ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkata rəhbərlik edir.

"Bu gündən bir il Zurabişvili rəsmi prezident olacaq. O, Gürcüstanın prezidenti deyil, Vahid Milli Hərəkatın prezidenti olacaq”, deyə Kobaxidze Gürcüstan parlamentində Zurabişvilinin impiçmenti ilə bağlı səsvermənin uğursuzluğundan sonra deyib.

O əlavə edib ki, gürcü deputatların əksəriyyəti prezidentin istefaya göndərilməsinin tərəfdarıdır. Kobaxidze vurğulayıb ki, Zurabişvili qanunvericilər baxımından prezidentliyə layiq deyil.

Qeyd edək ki, hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyası sentyabrın 1-də Zurabişviliyə qarşı impiçment proseduruna başlandığını elan edib. Partiya bu qərarını prezidentin dövlətin əsas qanununu pozması ilə izah edib. Hakim partiyaya görə, Zurabişvilinin hökumətin icazəsi olmadan Avropa turnesinə çıxması konstitusiya pozuntusudur.

Oktyabrın 16-da Gürcüstanın Konstitusiya Məhkəməsi Zurabişvilinin qanunu pozması işi üzrə qərarını açıqlayıb. Müvafiq qərarı məhkəmənin 9 üzvündən 6-sı dəstəkləyib. Bundan sonra proses parlamentə keçib. Eyni zamanda impiçmentin həyata keçirilməsi üçün təkcə hakimiyyətdə olan partiyanın deyil, həm də müxalifətin səsi tələb olunurdu.

Gürcüstan parlamentinin bu gün keçirilən iclasında ölkə Zurabişvilinin impiçmenti məsələsinə baxılıb. İclasda hakim partiyanın sədri İrakli Kobaxidze prezidenti konstitusiyanı pozmaqda ittiham edib: "Zurabişvili ləyaqətli olsaydı, istefa verərdi".

İclasda iştirak edən Zurabişvili isə ittihamlara cavab verib. O, hüquqi və demokratik dövlətin dayağı olan Konstitusiya Məhkəməsinin öz rolunu tamamilə tərk edərək siyasi müstəviyə keçdiyini deyib.

Daha sonra məsələ səsverməyə çıxarılıb. Prezident Salome Zurabişvilinin impiçmenti qəbul edilməyib.

Samir

0