Amerikalı zabit: "ABŞ yenidən büdcə böhranı ilə üzləşəcək"

DÜNYA
22:17 / 18.10.2023
345

"Amerika hakimiyyətinin həm İsrailə, həm də Ukraynaya eyni vaxtda göstərdiyi yardım bu payızda büdcə böhranına səbəb ola bilər".

HİT.az xəbər verir ki, bunu lenta.ru-ya Amerika ordusunun istefada olan polkovnik-leytenantı Erl Rasmussen deyib.

"Biz noyabrın ortalarında növbəti büdcə böhranı ilə üzləşəcəyik", deyə polkovnik-leytenant bildirib.

Hərbi ekspertin sözlərinə görə, yardım paketləri Nümayəndələr Palatasının sədrinin təyinatı ilə bağlı böhran səbəbindən hələlik dondurulub.

Oktyabrın 18-də ABŞ prezidenti Co Bayden deyib ki, Birləşmiş Ştatlar "bu gün, sabah və həmişə" İsrailin yanında olacaq. Bir gün əvvəl Ağ Evin hazırkı rəhbəri İsrailə gəlib ki, dünya Amerikanın yəhudi dövlətinə dəstəyini görsün. Bayden həmçinin bildirib ki, ABŞ yəhudi ölkəsinin ehtiyac duyduğu bütün yardımları təmin edəcək.

Oktyabrın 15-də Amerika prezidenti Konqresdən İsrail və Ukraynaya 2 milyard dollardan çox hərbi yardım istəmək niyyətində olduğunu açıqlayıb.

Samir

0