Ukrayna prezidentinin ofisi vəzifəsindən azad edilmiş müdafiə nazirinin müavini Anna Malyarın geri qaytarılması barədə düşünür.
HİT.az bu barədə Ukraynanın “New Voice” nəşrinə istinadən xəbər verir.
"Prezidentin ətrafındakı insanlar keçmiş nazir müavinlərindən birini Müdafiə Nazirliyinə qaytarmaq barədə düşünürlər. Söhbət Anna Malyardan gedir”, deyə xəbərdə bildirilir.
Anna Malyar nazirlikdə informasiya siyasətinə cavabdeh idi. Mənbənin sözlərinə görə, bölmənin hazırkı kuratoru Nataliya Kalmıkova üzərinə düşən vəzifələrin öhdəsindən gəlmir və nazirliyə yenidən müvafiq sahə üzrə menecer lazımdır.
Sentyabrda Anna Malyar və daha bir neçə nazir müavini vəzifədən azad edilib.
Samir