Alimlərdən Günəş sistemi ilə bağlı vacib kəşf

DÜNYA
20:59 / 18.10.2023
569

Padua Rəsədxanasının italyan astronomları Yerə ən yaxın olan ulduzlar qrupunda Yupiterə bənzər onlarla ekzoplanet aşkar ediblər. Bu, Günəş sisteminin strukturunun unikal olmadığını göstərə bilər. 

HİT.az xəbər verir ki, bu barədə "Nature Communications" elmi jurnalı yazır.

Mütəxəssislər planetimizdən 130 işıq ili uzaqlıqda yerləşən β Pic Hərəkətli Ulduzlar Qrupu (BPMG) adlanan ulduzlar haqqında məlumatları tədqiq ediblər. Bu ulduzlar eyni zərrəciklər buludundan əmələ gəlib, yəni bu göy cisimlərinin kimyəvi tərkibi oxşardır.

Tədqiqatlar göstərib ki, BPMG kütləsi Günəşimizin kütləsi ilə müqayisə edilə bilən və ya ondan bir qədər yüksək olan ən azı 30 ulduzu ehtiva edir. Yupiterə bənzər ekzoplanetlər onlardan 20-nin ətrafında dövr edir.

Astronomlar bu kəşfin ulduz sistemimizin aşağı sıxlıqlı bir mühitdə qaz və toz buludundan əmələ gəldiyi nəzəriyyəsini dəstəklədiyini deyirlər. Bu, həmçinin Günəş sisteminin arxitekturasının kosmosda olduqca yayğın ola biləcəyini göstərir.

Samir

0