Türkiyəyə xarici hərbçilər yerləşdiriləcək? - AÇIQLAMA

DÜNYA
14:37 / 19.10.2023
404

Türkiyə Prezident Administrasiyası ölkəı ərazisinə xarici qoşunların yerləşdirilməsi ilə bağlı yayılan xəbərləri təsdiqləməyib. 

HİT.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Müdirliyi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin bəyanatında deyilir.

“Xarici qoşunlar bizim ərazimizdə!” başlıqlı məqalələrdə, İraq və Suriyaya qoşun yeridilməsi tezisinin daha iki il müddətinə uzadılması ilə bağlı prezidentin təklifinin qəbul edilməsi ilə bağlı “Xarici qoşunlar Türkiyəyə gəlir” ifadələri manipulyasiyanı ehtiva edir”, deyə məlumatda bildirilir.

Prezident Administrasiyası vurğulayıb ki, xarici qoşunların Türkiyəyə gəlişi və yerləşdirilməsi yalandır.

Samir

0