Alman müxalifəti Şoltsdan izahat istəyir: “Taurus”ları Ukraynaya niyə vermirsən?

DÜNYA
16:43 / 19.10.2023
533

Almaniyanın müxalifət partiyası olan Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merz Bundestaqda çıxışı zamanı kansler Olaf Şoltsdan Ukraynaya “Taurus” uzaqmənzilli raketlərinin verilməsinə niyə qarşı çıxdığını izah etməyi tələb edib. 

HİT.az bu barədə AFP-yə istinadən xəbər verir.

Xüsusilə, Merz federal kanslerdən niyə hakim koalisiyadakı fraksiyaların açıq-aşkar iradəsinə zidd hərəkət etdiyini izah etməyi tələb edib.  XDİ lideri xatırladıb ki, ABŞ hökuməti artıq Kiyevə ATACMS raketləri verməyə qərar verib.

Merz həmçinin Avropa İttifaqının növbəti sammitində Rusiya prezidenti Vladimir Putinə Qərbin Ukraynanı dəstəkləməkdən yorulmasını gözləməyəcəyinə dair çox aydın siqnal göndərilməsinin vacibliyini vurğulayıb.

Bundan əvvəl “Politico” qəzeti yazıb ki, Olaf Şoltsun Ukraynaya uzaqmənzilli “Taurus” raketlərinin tədarükündə tərəddüd etməsi Kiyevdə hiddət doğurub. "Antenne NRW" xəbər verir ki, bundan əvvəl Almaniya vətəndaşlarının əksəriyyətinin kansler Olaf Şoltsun başçılıq etdiyi ölkə hökumətinin “Taurus” uzaqmənzilli qanadlı raketlərinin Ukraynaya tədarükündən imtina etmək qərarını bəyəndiyi bildirilirdi. "YouGov"un sorğusuna əsasən, respondentlərin 55%-i bu qərarı dəstəkləyib.

Samir

0