Ermənistan hökuməti ölkədə yayımlanan Rusiya televiziya kanalları ilə bağlı bütün mümkün addımları nəzərdən keçirir.
HİT.az xəbər verir ki, bunu Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan deyib.
"Nazirlik bütün mümkün ssenariləri müzakirə edir", deyə erməni nazir bildirib.
Onun sözlərinə görə, nazirliyin Rusiya Federasiyasının telekanalları ilə imzaladığı müqavilə pozuntuların müəyyən edilməsində müəyyən addımlar atılmasını nəzərdə tutur. O qeyd edib ki, bütün mövzular müzakirə edilir və yekun qərar veriləcək.
Nazir Rusiya televiziya kanallarının Ermənistanın milli təhlükəsizliyinə təhdid yaratması ilə bağlı bəyanatlara münasibət bildirməkdən imtina edib.
Samir