Polşanın müxalifət partiyası olan "Vətəndaş Platforması"nın sədr müavini İzabela Leşçina Qanun və Ədalət Partiyasını (PiS) hakimiyyətdən əl çəkməyə və müxalifətin hökumət qurmasına icazə verməyə çağırıb.
HİT.az-ın məlumatına görə, o, TVN24-də qeyd edib ki, Qanun və Ədalət və ölkə prezidenti Anjey Duda reallığı təhrif edir.
Onun sözlərinə görə, reallıq budur ki, 11 milyondan çox polyak PiS-ə "yox" səs iverib: "Siz bununla barışmalı, müxalifətə icazə verməlisiz. Vəziyyət belədir ki, biz yeni hökuməti nə qədər tez təyin etsək, proqramın icrasına bir o qədər tez başlayacağıq. İnsanlar bir şeyi bilirlər: PiS uduzdu və dərhal hakimiyyətdən əl çəkməlidir".
Bundan əvvəl məlum olub ki, Polşanın hakim partiyası parlamentdəki çoxluğunu itirib, indi müxalifətin hakim koalisiya yaratmaq imkanı var. Səsvermənin nəticələrinə görə, 35,38 faiz səslə Qanun və Ədalət Partiyası birinci yerdədir. Müxalif "Vətəndaş Koalisiyası" 30,70%, Üçüncü Yol 14,40%, Sol Partiya isə 8,61% səs toplayıb.
Beləliklə, üç müxalifət partiyasının ümumi nəticəsi onlara Polşa parlamentində səs çoxluğu əldə etməyə imkan verəcək ki, bu da hökumətin qurulmasına iddialı olmağa şərait yaradır.
Samir