Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkə hökumətinin bəzi nümayəndələri ona müəyyən qərarların icrası ilə bağlı yanlış məlumat verməyə çalışırlar.
HİT.az BelTA-ya istinadən xəbər verir ki, dövlət başçısı bunun tez-tez olmadığını, amma baş verdiyini bildirib.
"Hökumətimiz konkret iş görmək əvəzinə yalan danışmağa, prezidentə dezinformasiya verməyə başlayır. Özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırlar. Mən demirəm ki, bu ənənədir. Amma qorxuram ki, yalan Belarusda ənənəyə çevrilsin. Təhrif edən güzgüyə baxsaq, ölkəni tanımayacağıq. Hansı strateji planlarımız olsa da, biz ona yeni impulslar verməyəcəyik", deyə Lukaşenko Belarus Nazirlər Kabinetinin nümayəndələri ilə görüşündə deyib.
O, əlavə edib ki, məlumatı təhrif edən məmurların adlarını ictimaiyyətə açıqlamaq niyyətində deyil, iclasın qapalı hissəsində misallar çəkəcək.
Lukaşenko vurğulayıb ki, oxşar hərəkətlər həm bəzi qubernatorlar, həm də nazirlər tərəfindən edilir.
Samir