İsrailin Türkiyədəki səfirliyi bağlana bilər: "Münasibətlərdə soyuqlaşma..."

DÜNYA
20:26 / 20.10.2023
520

İsrail və Fələstin arasında müharibənin davam etdiyu bir zamanda İsrail Türkiyədəki bütün diplomatlarını geri çağırıb.

Diplomatların geri çağırılması isə faktiki olaraq İsrailin Türkiyədəki səfirliyinin fəaliyyətinin dayandırılması ilə nəticələnə bilər. Bu, iki ölkə arasındakı münasibətləri yenidən soyuqlaşdıracaq?

Politoloq Samir Hümbətov Hit.az-a açıqlamasında bildirib ki, zaman-zaman İsrail-Türkiyə arasında bu cür soyuqlaşma olub:

"Məncə, bu dəqiqə üçün tam əlaqənin kəsilməsi münasibətlərin soyuqlaşması anlamına gəlməz. Zaman-zaman İsrail-Türkiyə arasında bu cür soyuqlaşma olub. Amma yenidən qaydasına düşüb. O baxımdan düşünürəm ki, Türkiyə və İsrail arasındakı münasibətlər müəyyən zaman fasilə verə bilər. Lakin çox da cığırından çıxa bilməz. Çünki baş verən istənilən insident Yaxın Şərqdə qarşıdurmanın böyüməsinə səbəb ola bilər. Çünki Türkiyə əslində Yaxın Şərqdə hadisələri tarazlayan proseslərə nəzarət edən ölkələrdən biridir. İsrail və Türkiyə arasındakı münasibətlər o qədər gərgin və pik həddə çıxa bilməz. Diplomatlarını müəyyən müddət ərzində geri çağıra bilər, amma yenidən bərpa olunması qaçılmazdır".

Aynur Əli

0