İran hakimiyyəti İsrailə qarşı sərt bəyanatlar verir, lakin açıq münaqişəyə girməyi planlaşdırmır.
HİT.az xəbər verir ki, bu barədə “Reuters” İran rəsmilərinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, HƏMAS qruplaşması uzun müddətdir ki, Tehrandan maliyyə alır. İran indi Fələstin-İsrail münaqişəsindən kənarda qala bilməz, çünki bu, onun regional liderliyə nail olmaq üçün onilliklər boyu davam edən səylərini sarsıdacaq və zəiflik əlaməti kimi qəbul ediləcək.
Qeyd olunur ki, Tehran Livanın "Hizbullah" qruplaşmasına İsrailə qarşı sərhədyanı hücumlar həyata keçirməyə və kiçik Amerika hədəflərinə hücum etməyə icazə verir.
“İranlılar dilemma ilə üzləşiblər: Qəzza zolağında özlərininkini xilas etmək üçün "Hizbullah"ı döyüşə göndərməli və ya onların dəstəyindən imtina etməlidir", deyə nəşr yazır.
Samir