"Financial Times"ın (FT) köşə yazarı Kristofer Millerin sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Brüsseldə olarkən müttəfiqlərinin diqqətini cəlb etməməyə çalışıb.
HİT.az-ın məlumatına görə, jurnalist qeyd edib ki, Ukrayna prezidenti diqqət üçün yarışırmış kimi təəssürat yaratmamaq naminə ehtiyatlı davranıb.
Miller həmçinin qeyd edib ki, dünya ictimaiyyəti Ukraynadan təngə gəlib və bunu beynəlxalq aləmdə baş verən son hadisələr də təsdiqləyir. Onun sözlərinə görə, bu, Ukrayna hakimiyyətinin çoxmilyardlıq əlavə maliyyə tələbini çətinləşdirə bilər.
Ukrayna prezidenti gözlənilmədən oktyabrın 10-da Belçikaya gəlib və ertəsi gün NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısı keçirilib. Digər müşahidəçi Ben Holla görə, Zelenskinin səfərinin məqsədi İsraildə hadisələrin kəskinləşməsi fonunda diqqəti Ukraynadakı münaqişəyə cəlb etmək olub.
Samir