Amerikalı ekspert: "Rusiya Vaşinqtonun Avropadakı planlarını təhlükə altına alır"

DÜNYA
12:05 / 23.10.2023
651

ABŞ-Çin Əlaqələri üzrə Amerika Milli Komitəsinin üzvü Siminqton Smit “National Interest” jurnalı üçün yazdığı məqalədə qeyd edir ki, Birləşmiş Ştatlar Rusiya Federasiyasının Avropada Vaşinqton üçün faydalı olan qüvvələr balansını pozacağından ehtiyat edir.

HİT.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ Ukraynaya dəstəyi "geosiyasi oyunda strateji manevr" kimi qiymətləndirir. Ekspertin fikrincə, Amerika tərəfi Avropada yeni dominant qüvvənin yaranmasının qarşısını almağa çalışır.

Smitin fikrincə, Rusiyanın Şərqi Avropada əhəmiyyətli təsiri tarazlığı pozaraq, Moskvanın Avropa ticarət yolları və enerji dəhlizləri üzərində nəzarətinə potensial zəmanət verir.

"Bu, Vaşinqton üçün qorxulu gələcəkdir", deyə ekspert bildirib.

Smit həmçinin deyib ki, Ukraynanın bloklara qoşulmaması və ya müttəfiq statusu Rusiya üçün həm strateji, həm də tarixi əhəmiyyət kəsb edir. Onun fikrincə, Rusiya rəhbərliyi Napoleon və Hitlerin işğallarını xatırladığı üçün qərb sərhədlərini qorumağa çalışır.

Samir

0